Facebook`Dan Pul Qazanmaq.

0
2974
Facebook`Dan Pul Qazanmaq.

Facebook kəşf olunması gözlənilən gizli bir pul qaynağı deyildir, lakin  biraz çalışaraq və düzgün bir istiqamət mənimsəyərək əlavə gəlir əldə etməyin etibarlı bir yoludur. 

Aşağıdakı addımları oxuyaraq Facebook`dan necə pul qazanılacağını öyrənə bilərsiniz. 

Təməl qaydalar

1-Divarınızda gözəl şeylər paylaşın. Sosial mediyadan pul qazanmaq üçün uğurlu bir plan hazırlamağınız lazımdır. Facebook`dan pul qazanmaq istəyirsinizsə, hər gün maraqlı linklər, şəkillər və yeniliklər paylaşmağınız lazımdır.
 
*Mövzu araşdırın və mövzunuzu səviyyəli məlumatlarla doldurun. Məqalənizin anlaşıqlı olması lazımdır. Məsələn, pişik sevərlər, analar və ya müəyyən siyasi fikirlərlədəki insanlar üçün məlumatlar paylaşa bilərsiniz. Bir məhsulun bazarlanmasını hesabınız vasitəsilə həyata keçirmək istəyirsinizsə, məhsulunuzla bağlı linklər paylaşdığınızdan əmin olun. 
 
*Başqa bir Facebook hesabı açaraq şəxsi Facebook hesabınızı ayıra bilərsiniz. Bu hesabı məlumatlarınızı yayınlamaq üçün istifadə edə bilərsiniz və şəxsi Facebook hesabınızdan da linklər baylaşaraq insanların bilməsini təmin edə bilərsiniz. İstifadə etdiyiniz istiqamətə bağlı olaraq çoxlu hesablardan istifadə edə bilərsiniz. 
 
*Vaxt verin. Hesabınızın diqqət çəkməsini istəyirsinizsə, hər gün aktual və dəqiq məzmunlu məlumatlar paylaşmağınız məsləhətdir.

2-Qazanmaq üçün tərəddüd edin. Facebook`dan etibarlı şəkildə pul qazanmanın yolu qalıcı işlər görməkdir. Digər işlərdə olduğu kimi çalışma proqramı hazırlayın. 
 
*Təşkil edin. Hansı strategiyanı izləyirsizsə izləyin gün ərzində bir çox şeyə diqqət etməyiniz lazım olacaqdır. Edəcəklərinizi əvvəlcədən planlayın.
 
*Bazarı doydurun. Facebook`da bazarlama mailiyyəti yoxdur, sadəcə vaxt ayırmağınız lazımdır. İstədiyiniz qədər satış edə bilərsiniz.
 
*Aqressiv olun. Ziyarətçi sayınızı artırmağın ən yaxşı yolu insanlara davamlı olaraq dostluq istəyi göndərməkdir. Çox insan qəbul etməz, lakin qəbul edənlər də olacaqdır.

Affiliate reklam vasitəsilə pul qazanmaq.

1-Bir dənə affiliate (satış ortaqlığı) proqram tapın. Affiliate proqramlar sizə İD və bazarlama alətləri verər. Daha sonra etdiyiniz satışa görə ödəniş edərlər.
 
*İnternet saytlarının bir çoxu bu cür proqramlardan istifadə edir. Affiliate proqramlara  qatılmaq üçün hər hansı bir ödəniş ödəməzsiniz və birdən artıq sayta üzv ola bilərsiniz.
 
*Tanınmış markalarla başlayın. Amazonda rəqabətçi affiliate proqramları vardır. Hətta bəzi proqramlar məhsulla bağlı verdiyiniz linklərin tıklanmasına qarşılıq belə ödəniş edərlər. Apple`in İTunes proqramı da bir affiliate proqramıdır. 
 
*Daha kiçik proqramlar da yükləyin. Gün içində daha az pul qazandırsa da proqramları çeşitləndirərək affiliate gəlirinizi artıra bilərsiniz. 

2-Hesab açın. Affiliate vasitəsilə bir firmanı bazarlamağa qərar verdinizsə firmanın internet  saytını araşdırın  və lazım olan formaları doldurun. Bu formalar adətən, ödənişsizdir və bir neçə dəqiqənizi alacaqdır.

3-Hesablar əlavə edin. Hər affiliate proqram üçün ayrı bir Facebook hesabı açın. Bu sayədə insanlar bir çox fərqli reklam görmək məcburiyyətində qalmaz və maraqlandıqları səhifəni izləyərlər.
 
*Daha əvvəl də bildirdiyimiz kimi öz şəxsi hesabınızı digər hesablardakı paylaşımları yayınlamaq üçün istifadə edə edə bilərsiniz.

4-Proqramların təqdimatını aparın. Hər proqramla bağlı gündəlik olaraq paylaşım edin və hesablarınızı titizliklə istifadə edin. Hesabınızı diqqətli bir şəkildə istifadə etsəniz izləyici sayınız da artacaqdır. İnsanlar paylaşımlarınıza baxdıqca və məhsullardan birini aldıqca siz də pul qazanacaqsınız. 

E-kitab vasitəsilə pul qazanın.

1-Bir e-kitab yazın. E- kitablar elektron şəkildə paylaşılan  kitab formatındakı yayınlardır. E-kitabların yayınlanma mailiyyəti yoxdur. 

*Bu işə ciddi yanaşın. Kağız və mürəkkəb istifadə edilən kitabların əksinə e-kitabınızda  səhifə nömrələri olmaq məcburiyyətində deyildir.
 
*Ümumiliyi maraqlandıran bir mövzu seçin. Fantastika yerinə  fantastik olmayan real  yazıları seçin. İşin maraqlı tərəfi burasıdır ki, insanlara e-kitablardan necə pul qazanılacağını başa salan e-kitablar olduqca məşhurdur. 
 
*İddialı ola biləcəyiniz və məlumat yığımınızın olduğu mövzulardan yazın.  Kimlik sübut etmək məcburiyyətində deyilsiniz. 

2-Nəşr növü seçin. E-kitabınızı nəşr etdirmənin fərqli yolları vardır. 
 
*Ən vacib seçim kitabınızı PDF faylı olaraq yaddaşda saxlayıb, bir şifrə ilə kilidləyib kitabınızı alan insanlara göndərməkdir. Göndərilən faylın içərisinə şifrə də əlavə olunur və oxuyucu şifrəni açdıqdan sonra kitabı aça bilir.
 
*ReaderWorks e-kitabları Microsoft Reader formatında  nəşr edə biləcəyiniz  bir proqramdır və internet üzərindəki ən  çox yayılmış e-kitab formatıdır. Proqramın təməl 
versiyasının qoruma xüsusiyyəti yoxdur, lakin pulsuzdur və öyrənilməsi olduqca asandır.

3-E-kitabınızı Facebook`da satın. Ağıllısınızsa və hədəf kütləniz üçün uyğun bir kitab yazmısınızsa yaratdığınız şəxsi hesabınız vasitəsilə hazır olan izləyicilərinizə kitabınızı sata bilərsiniz. 
 
*Gündə bir neçə dəfə həm aşkar bir şəkildə, həm də paylaşımların altında kitabınızın reklamını edin. Yaradıcı olun və oxuyucularınızla  maraqlanın. Onları həyacanlandırın.
 
*Başqa hesablarınız varsa ( affiliate hesabları kimi) kitabınızın reklamını bu hesablarda da edin. 
 
*Hər zaman kitabı alabiləcəkləri səhifənin linkini paylaşın.

Facebook`dan pul qazanmağın ipucları.

Sosial mediya bazarlamasına qarşı böyük bir tələb vardır. Sosial mediya mövzusunda  peşəkar olan insanlar asanlıqla pul qazana blər. 

Çox çalışmağınızı vacib biləcək bir vəziyyət yoxdur. Oxuyucu sayınızı artırmaq və davamlılığını təmin etmək üçün vaxt ayırsanız qalanı özlüyündən gələcəkdir. 

İzləyicilərinizə sadəcə e-kitab satmaq məcburiyyətində deyilsiniz. Yaradıcı olun və reklamlar vasitəsilə başqa nə şəkildə pul qazana biləcəyinizi düşünün.

Tərcümə edən: Cəlalə Yəhyalı
 

ŞƏRH YAZIN